Makron İrana cavab verdi: Əvvəlcə siyasi məhbusları azad edin
Fransa prezidenti Emmanuel Makron İranın Avropa Birliyinə üzv ölkələrin ordularını terrorçu təşkilatlar siyahısına salmaqla bağlı qərarına sərt reaksiya verib.
Crossmedia.az bu barədə xarici mediaya istinacdən xəbər verir.
Makron jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İran hakimiyyəti beynəlxalq miqyasda bu cür addımlar atmadan öncə ölkə daxilində baş verən proseslərə diqqət yetirməlidir. Onun sözlərinə görə, Tehran ilk növbədə öz xalqına hörmət etməli və siyasi məhbusları azad etməlidir.
“İranın mövqeyi mövcud reallıqlarla ziddiyyət təşkil edir”, – deyə Fransa prezidenti vurğulayıb.
Makronun bu açıqlaması "Fars News" agentliyinin bazar ertəsi axşamı yaydığı materiallardan sonra səslənib. SEPAH-a bağlı agentlik heç bir izahat vermədən Əl-Dəfra hava bazasının peyk görüntüsünü dərc edib.
Hadisə fonunda Fransa–İran münasibətlərində gərginliyin daha da artdığı qeyd olunur.
13:01 04.02.2026
Oxunuş sayı: 480