ABŞ-nin xəbərdarlığından sonra SEPAH dəniz təlimlərini ləğv etdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ tərəfindən edilən xəbərdarlıqlardan sonra 8–9 fevral tarixlərində Hörmüz boğazında keçirilməsi planlaşdırılan döyüş təlimlərini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, qərar bölgədə son günlər müşahidə olunan gərginliyin artması fonunda qəbul edilib.
Məlumata əsasən, vəziyyətin kəskinləşməsinə dünən Ərəbistan dənizində ABŞ-nin F-35 qırıcı təyyarəsi tərəfindən bir hədəfin vurulması, eləcə də İran pilotsuz uçuş aparatı ilə bağlı baş verən insidentlər səbəb olub. Hadisələr regionda təhlükəsizlik risklərini daha da artırıb.
Qeyd olunur ki, mövcud gərginlik fonunda tərəflər hərbi eskalasiyanın qarşısını almaq üçün addımlarını yenidən nəzərdən keçirirlər.
12:56 04.02.2026
Oxunuş sayı: 461