Tramp: İranla birbaşa danışırıq, nəticəni gözləyirik
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda İranla birbaşa danışıqlar apardığını açıqlayıb.
Donald Tramp əlavə edib ki, əvvəllər də İranın razılaşma üçün imkanları olub, lakin bu fürsətlər reallaşmayıb. Nəticədə ABŞ “Gecəyarısı Çəkic” adlandırılan əməliyyatı həyata keçirib. Prezident əməliyyatın detalları barədə açıqlama verməsə də, bunun Tehrana ciddi mesaj olduğunu qeyd edib.
Trampın fikrincə, İran belə bir ssenarinin yenidən təkrarlanmasını istəmir və məhz bu səbəbdən hazırkı danışıqlara maraq göstərir.
11:46 04.02.2026
Oxunuş sayı: 575