Hərbi baza yaxınlığında naməlum dron qəzaya uğradı
Polşada hərbi bazanın yaxınlığında naməlum pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, insident Polşanın Przasnyş şəhərində, hərbi bazanın sursat anbarı yaxınlığında baş verib. Hadisə paytaxt Varşavadan təxminən 100 kilometr şimalda qeydə alınıb.
Qəzanın yanvarın 28-də baş verdiyi bildirilir. Hazırda hadisə ilə bağlı araşdırmalar Polşa Hərbi Jandarmeriyası tərəfindən aparılır.
İlkin məlumatlara əsasən, pilotsuz uçuş aparatı kəşfiyyat məqsədilə istifadə olunub. Hərbi baza heyətinin qəza baş verməzdən əvvəl dronun uçuşunu müşahidə etdiyi qeyd edilir. Hadisənin detalları və PUA-nın mənşəyi ilə bağlı rəsmi açıqlama verilməyib.
10:18 04.02.2026
Oxunuş sayı: 514