"Fox News": SEPAH-ın gəmi soyğunçuluğunun qarşısı alınıb
Hörmüz boğazında ABŞ və İran arasında qarşıdurma yaşanıb.
Crossmedia.az bu barədə "Fox News"a istinadən xəbər verir.
Məlumata görə, çərşənbə axşamı silahlı İran hərbi katerləri SEPAH-a məxsus qüvvələr tərəfindən Hörmüz boğazı ərazisində ABŞ-nin neft tankerinə yaxınlaşaraq nüfuz etməyə cəhd göstərib.
Hadisədən sonra ABŞ Hərbi Dəniz Qüvvələri-nə aid döyüş gəmisi müdaxilə edərək tankeri müşayiət edib və təhlükəsiz əraziyə çıxarıb.
Xəbərdə qeyd olunur ki, operativ müdaxilə nəticəsində insidentin böyüməsinin qarşısı alınıb və tankerə zərər dəyməyib. Hadisə regionda təhlükəsizliklə bağlı gərginliyin artdığı bir dövrdə baş verib.
09:27 04.02.2026
Oxunuş sayı: 486