Trampın reaksiyası gündəm oldu: Rusiya hücumu Vaşinqtonu niyə sarsıtmadı?
Ağ Ev Rusiyanın Ukraynaya qarşı son raket hücumlarına münasibət bildirib. ABŞ Prezidenti Donald Trampın Rusiyanın bu ay həyata keçirdiyi ən güclü hücumlardan birinə reaksiyası təəccüblü olmayıb.
Crossmedia.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt deyib.
Livitt bildirib ki, Tramp bu məsələ ilə bağlı məlumatlandırılıb və onun reaksiyası gözlənilən olub: “Bu səhər Prezidentlə bu barədə danışdım. Təəssüf ki, onun reaksiyası təəccüblü deyildi. Bu, artıq bir neçə ildir davam edən son dərəcə qəddar bir müharibədir.”
Ağ Evin sözçüsü vurğulayıb ki, Tramp Ukraynadakı müharibənin başlanmasına görə əvvəlki administrasiyanı məsuliyyətli hesab edir.
Qeyd edək ki, Tramp bundan bir gün əvvəl soyuq hava şəraitinə görə Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücumlarda müvəqqəti fasiləyə razılıq verdiyini iddia etmişdi.
Lakin son raket zərbələri bu açıqlamalar fonunda diqqət çəkib və Vaşinqtonun mövqeyi ictimai müzakirələrə səbəb olub.
23:45 03.02.2026
Oxunuş sayı: 445