Kiyev fotosu qalmaqal yaratdı: Moskva Aİ səfirini tənqid etdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının Ukraynadakı səfiri Katariina Maternovanın Kiyevdə çəkdirdiyi fotoya sərt reaksiya verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Zaxarovanın sözlərinə görə, yayılan görüntü bombardman altında həyatın real dəhşətlərini əks etdirmir.
O bildirib ki, səfirin fotosu müharibənin ağrı-acısını çatdırmaqdan uzaqdır.
Bunun səbəbi həm onun olduqca rahat şəraitdə olması, həm də çəkilən kadrın reallıqdan uzaq təqdim edilməsidir.
Zaxarova vurğulayıb ki, Brüssel Donbas bölgəsində illərdir davam edən münaqişə zamanı uşaqların yaşadığı faciələri unutmamalıdır. Onun fikrincə, Avropa rəsmilərinin müharibəyə selektiv yanaşması humanitar faciələrin mahiyyətini kölgədə qoyur.
23:30 03.02.2026
Oxunuş sayı: 428