Qlobal mineral bazarında yeni oyunçular: ABŞ və Avropa birləşir
Avropa İttifaqı (Aİ) Pekinin qlobal mineral təchizat zəncirləri üzərindəki təsirini məhdudlaşdırmaq və Çindən asılılığı azaltmaq məqsədilə ABŞ-ə vacib mineral tərəfdaşlığı təklif etməyi planlaşdırır.
Crossmedia.az "Bloomberg"-ə istinadən xəbər verir.
Təklifin əsas məqsədi üç ay ərzində vacib minerallar üçün alternativ mənbələr tapmaq və ucuz, bol Çin tədarükündən asılılığı azaltmaqdır.
Bu təşəbbüs “Strateji Tərəfdaşlıq Yol Xəritəsi” adlanır.
Təşkilat ilə ABŞ arasında dərin sənaye və iqtisadi inteqrasiyanı, təchizat zəncirlərinin təhlükəsizliyini və bütün vacib mineral dəyər zənciri üzrə birgə tədqiqat və innovasiyanı əhatə edir.
22:34 03.02.2026
Oxunuş sayı: 462