Pensiyalar bu tarixdən artımla veriləcək
Yanvar ayından hesablanan yeni pensiya artımlarının ödəniş qrafiki və gözlənilən faiz dərəcəsi məlum olub.
Crossmedia.az bu barədə Azxeber.com-a istinadən xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Milli Məclisdəki çıxışında məlumat verib. O bildirib ki, fevral ayının əvvəlində ölkə üzrə orta aylıq əməkhaqqı artımı rəsmən elan edildikdən sonra pensiyaların indeksləşdirilməsi prosesinə başlanılacaq.
İlkin proqnozlara görə, pensiyalar 9.2 faiz artırılacaq. Bu artım 1 milyon 100 mindən çox vətəndaşımızı, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alan şəxsləri əhatə edəcək. Vətəndaşlar yanvar ayının artım fərqini də fevral ayının pensiyası ilə birlikdə alacaqlar. Bu, inflyasiya şəraitində yaşlı nəslin və sosial həssas qrupların alıcılıq qabiliyyətinin qorunması üçün dövlət tərəfindən atılan mühüm addımdır.
Sıravi pensiyaçı üçün bu, fevral ayında bankomatdan daha böyük məbləğ çıxarmaq deməkdir. Məsələn, əgər vətəndaş 400 manat pensiya alırsa, onun pensiyası təxminən 37 manat artacaq və fevralda həm yeni məbləği, həm də yanvarın 37 manatlıq fərqini birlikdə alacaq.
16:17 03.02.2026
Oxunuş sayı: 531