Xameneyi: Son etiraz dalğaları ABŞ-nin planı olub
İranın ali dini lideri Əli Xameneyi bildirib ki, son etiraz dalğaları ABŞ tərəfindən planlaşdırılıb və bu prosesdə İsrailin də iştirakı olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Xameneyi çıxışında qeyd edib ki, ABŞ Prezidenti etirazçıları “İran xalqı” adlandıraraq onları aksiyaları davam etdirməyə təşviq edib. Ali rəhbərin sözlərinə görə, milyonlarla insan küçələrə çıxsa da, etiraz edən “bir sıra insan” bütün xalq kimi təqdim edilib və bu, Vaşinqtonun İran daxilindəki proseslərə birbaşa müdaxiləsini göstərir.
Xameneyi vurğulayıb ki, baş verənlər yalnız “gizli təhlükəsizlik məlumatlarına” əsaslanmır, həmçinin ABŞ prezidentinin açıqlamaları da bu iddianı açıq şəkildə təsdiqləyir.
Türkan Kərimli
20:00 01.02.2026
Oxunuş sayı: 519