Region ölkələri Tehrana ciddi xəbərdarlıqlar göndərib
Tehran və Vaşinqton arasında mümkün vasitəçilik səyləri fonunda region ölkələri potensial qarşıdurma və genişmiqyaslı müharibədən yayınmaq üçün İrana mühüm xəbərdarlıqlar ünvanlayıblar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə Səudiyyə Ərəbistanı başda olmaqla Fars körfəzi ölkələri ABŞ-nin İrana hərbi zərbə ehtimalına qarşı ciddi hazırlıq görürlər. Məlumata görə, bu ölkələr mümkün eskalasiyanın bütün regiona yayılmasından narahatdırlar.
Səudiyyə Ərəbistanı kral ailəsindən olan rəsmi şəxs bildirib ki, nə onun ölkəsi, nə də digər Körfəz dövlətləri hər hansı hərbi qarşıdurmada iştirak etmək niyyətindədir.
Onun sözlərinə görə, Tehrana ünvanlanan xəbərdarlıqlar İranın və ona bağlı silahlı qrupların Körfəz ölkələrinə genişmiqyaslı və təsirli hücum ehtimalı ilə əlaqədardır və bu ehtimal Qətərdəki Əl-Udeyd ABŞ bazasına hücum ssenarisi ilə məhdudlaşmır.
Region ölkələrinin narahatlığı artmaqda davam edir və onların məqsədi mümkün müharibənin qarşısını almaqdır.
16:45 01.02.2026
Oxunuş sayı: 403