ABŞ bilməlidir ki, başlayacağı müharibə regional olacaq -Xamenei:
İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-yə xəbərdarlıq edərək bildirib ki, Vaşinqtonun regionda mümkün hərbi avantürası genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Xameneinin sözlərinə görə, Tehran hər hansı müharibə başlatmaq niyyətində deyil, lakin ölkəyə qarşı istənilən hücuma sərt şəkildə cavab veriləcək.
O vurğulayıb ki, İran heç bir ölkəyə qarşı təcavüz planlaşdırmır, lakin İslam Respublikası xalqı öz torpağına və maraqlarına yönələn istənilən hücuma güclü və qətiyyətli zərbə endirəcək.
“Amerikalılar bilməlidirlər ki, onlar müharibəyə başlasalar, bu münaqişə təkcə iki ölkə arasında qalmayacaq, bütün regionu bürüyəcək", - deyə Xamenei qeyd edib.
Türkan Kərimli
14:00 01.02.2026
Oxunuş sayı: 511