İran Avropa ordularını “terror təşkilatı” elan etdi
İran Avropa İttifaqına (Aİ) üzv ölkələrin silahlı qüvvələrini terror təşkilatları kimi tanıyıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf açıqlama verib. Onun sözlərinə görə, sözügedən qərar Aİ-nin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olaraq qəbul edilib.
Parlament sədri bildirib ki, İran bu addımı ölkənin təhlükəsizliyinə və suverenliyinə qarşı yönəlmiş siyasi qərarlara qarşı adekvat cavab kimi qiymətləndirir.
Qeyd edək ki, məsələ Tehran–Brüssel münasibətlərində gərginliyin daha da artmasına səbəb olub.
11:19 01.02.2026
Oxunuş sayı: 569