Enerji bazarını silkələyən açıqlama: Tramp Hindistan və Çinlə bağlı nə dedi?
ABŞ Prezidenti Donald Tramp Hindistanın gələcəkdə İrandan deyil, Venesueladan neft alacağını iddia edib.
Crossmedia.az bu barədə "TASS"a istinadən xəbər verir.
Tramp eyni zamanda Çinin də Venesueladan neft idxal edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu addımlar Venesuelanın enerji sektorunda rolunun artmasına səbəb ola bilər.
Qeyd edək ki, Trampın bu açıqlamaları beynəlxalq enerji bazarları və ABŞ-nin sanksiya siyasəti fonunda diqqət çəkir.
09:23 01.02.2026
Oxunuş sayı: 447