Üçmüədzin ruhaniləri barəsində məhdudiyyət tətbiq olundu
Ermənistanda iki erməni yepiskop barəsində ölkə ərazisini tərk etməmək qətimkan tədbiri seçilib.
Crossmedia.az erməni KİV-ə istinadən xəbər verir.
Məlumata görə, söhbət Üçmüədzin kilsəsinin inzibati-təsərrüfat şöbəsinin direktoru yepiskop Muşeğ Babayan, kilsə xadimləri və gənclər üçün yenidən hazırlıq proqramlarının direktoru yepiskop Vahan Hovhannisyandan gedir.
Qərara əsasən, adıçəkilən ruhanilərin Ermənistan ərazisini tərk etməsinə qadağa qoyulub.
Qətimkan tədbirinin hansı istintaq çərçivəsində və konkret hansı ittihamlarla seçildiyi barədə rəsmi qurumlar hələlik ətraflı açıqlama verməyiblər.
23:15 31.01.2026
Oxunuş sayı: 457