Qətər ABŞ–İran gərginliyini azaltmaq üçün Tehrana mesaj apardı
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Sani bu gün Tehrana rəsmi səfər edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qətər uzun müddətdir İran və ABŞ arasında əsas vasitəçilərdən biri kimi çıxış edir.
Məlumata görə, Qətər XİN rəhbəri Vaşinqtondan İran rəhbərliyinə xüsusi mesaj çatdırıb.
Bildirilib ki, bu mesaj mövcud həssas vəziyyətdə ABŞ və İran arasında gərginliyin azaldılmasına yönəlmiş son diplomatik təşəbbüslərdən biri hesab olunur.
22:50 31.01.2026
Oxunuş sayı: 361