Berlin təhlükə xəbərdarlığı etdi: İran üzərindən uçuşlar risklidir
Almaniya aviasiya qurumları potensial təhlükəsizlik riskləri səbəbindən ölkədə qeydiyyatdan keçmiş aviaşirkətlərə İran hava məkanından istifadə etməməyi tövsiyə edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu xəbərdarlıq 10 fevral tarixinə qədər qüvvədə olacaq və Almaniyada fəaliyyət göstərən bütün aviaşirkətlərə rəsmi şəkildə çatdırılıb.
Tövsiyə regional təhlükəsizlik vəziyyətindəki qeyri-müəyyənlik və artan risklərlə əlaqələndirilir.
22:15 31.01.2026
Oxunuş sayı: 996