ABŞ HHQ-dən strateji siqnal: Avropa və Körfəz bazalarına geniş transfer
ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyata hazırlaşdığına dair əlamətlər artmaqdadır.
ABŞ Milli Qvardiyasının Hərbi Hava Qüvvələrinə məxsus 158-ci qırıcı qanadın F-35A Lightning II qırıcıları iki KC-46A Pegasus yanacaq doldurma təyyarəsinin dəstəyi ilə Portuqaliyaya aid Azor adalarındakı Lajes aviabazasına çatıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Eyni zamanda, altı EA-18G Growler radioelektron mübarizə təyyarəsi dörd KC-46A tankerinin müşayiəti ilə Virciniya ştatındakı Okeana hərbi-dəniz aviabazasından İspaniyanın Rota bazasına uçuş həyata keçirib.
ABŞ-nin ağır hərbi-nəqliyyat potensialı da bölgəyə yönləndirilib.
Robert Qrey aviabazasından qalxan dörd C-17 Globemaster III Almaniyanın Spangdahlem aviabazasına, üç C-17 isə Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına eniş edib. Bundan əlavə, bir C-17 Globemaster III Küveytdə yerləşən Əli əl-Salem aviabazasına çatıb.
21:37 31.01.2026
Oxunuş sayı: 543