İranın rəsmi “Kayhan” qəzeti Aİ səfirlərinin ölkədən çıxarılmasını tələb edib
İranın ali lideri Əli Xameneinin təsirində olan Kayhan qəzeti Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq qərarına sərt reaksiya verib və Aİ səfirlərinin İrandan çıxarılmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, qəzet bu addımı Avropa ilə diplomatik münasibətlərin kəsilməsi ilə eyniləşdirib və Aİ-nin SEPAH-a qarşı qərarını “düşmənçilik və qanunsuz” adlandırıb.
Qeyd edək ki, Avropa İttifaqı yanvarın 29-da SEPAH-ı terror təşkilatı kimi tanıyıb və bu, Aİ-İran münasibətlərində gərginliyin artmasına səbəb olub.
Türkan Kərimli
20:45 31.01.2026
Oxunuş sayı: 1017