İlon Mask: Dünyada güc balansı dəyişir
İlon Mask dünya iqtisadiyyatındakı güc balansının dəyişdiyini bildirib. O, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) real dünya ÜDM-inin artımına ən çox töhfə verən ölkələrə dair statistikası ilə bağlı paylaşım edib.
Crossmedia.az xəbər verir ki, Mask X sosial şəbəkəsində “Güc balansı dəyişir” yazıb.
BVF-nin 2026-cı il üzrə məlumatına görə, Çin dünya ÜDM-inin artımına 26,6%, Hindistan 17%, ABŞ 9,9%, İndoneziya 3,8%, Türkiyə isə 2,2% ilə töhfə verir. Bildirilir ki, Asiya-Sakit Okean regionu bütün real dünya ÜDM-inin artımının təxminən yarısını təmin edir.
Türkan Kərimli
19:54 31.01.2026
Oxunuş sayı: 541