İranın Bəndər-Abbas şəhərində yaşayış binasında güclü partlayış baş verib
İranın Bəndər-Abbas şəhərində səkkizmərtəbəli yaşayış binasında güclü partlayış qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində dörd nəfərin həlak olduğu, on nəfərin isə yaralandığı ehtimal edilir. Lakin rəqəmlər hələ rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Hadisə yerinə dərhal yanğınsöndürən və xilasedici qruplar göndərilib. Partlayışın dəqiq səbəbi araşdırılır, ilkin versiyaya görə, qaz sızması ehtimal edilir.
Bu gün yerli vaxtla saat 13:45 radələrində Bəndər-Abbasın Müəllim bulvarında baş verən partlayış geniş ərazidə səs-küyə səbəb olub. Rəsmilər hücum və ya təxribat versiyalarını təkzib edərək, vətəndaşları yalnız rəsmi məlumatlara etibar etməyə çağırıblar.
18:10 31.01.2026
Oxunuş sayı: 482