ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollar dəyərində hərbi silah paketinin satışını təsdiqləyib.
Crossmedia.az "Fox News"a istinadən xəbər verir.
Rəsmi açıqlamada bildirilib ki, razılaşma Riyadın mövcud və potensial təhlükələrə qarşı müdafiə qabiliyyətinin gücləndirilməsini hədəfləyir.
Eyni zamanda məlumata görə, ABŞ Dövlət Departamenti İsrailə 6,67 milyard dollar dəyərində əlavə silah paketinin satışına da yaşıl işıq yandırıb. Bununla da Vaşinqton Yaxın Şərqdəki əsas müttəfiqlərinin hərbi potensialını paralel şəkildə artırır.
Analitiklər qeyd edirlər ki, bu silah satışları İran İslam Respublikasına qarşı mümkün hərbi əməliyyatla bağlı ehtimalların gücləndiyi bir dövrə təsadüf edir. ABŞ-nin həm Səudiyyə Ərəbistanı, həm də İsrailə yönəlik eyni vaxtlı silahlandırma siyasəti regionda geosiyasi gərginliyin yeni mərhələyə keçdiyini göstərən mühüm siqnal kimi qiymətləndirilir.