Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkədə paylaşım edərək Avropa Birliyinin mərkəzi olan Brüssel və Ukraynanın Macarıstanla bağlı gözləntilərini kəskin tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Orban bildirib ki, Brüssel və Kiyev Macarıstanda onların tələblərini yerinə yetirəcək bir hökumət görmək istəyir. Onun sözlərinə görə, Budapeşt bu təzyiqləri qəbul etməyəcək:
“Brüssel və Kiyev Macarıstanda tələblərini icra edəcək bir hökumət istəyir. Biz imtina edirik! Biz Ukraynaya nə əsgər, nə silah, nə də pul göndərməyəcəyik. Uşaqlarımızı və nəvələrimizi borca salacaq kreditlər və böyük ödənişlər tələb edirlər. Macarıstan bu oyunu oynamayacaq”.
Macarıstan hökumətinin rəhbəri vurğulayıb ki, ölkəsi milli maraqlardan geri çəkilməyəcək və xarici təzyiqlər qarşısında mövqeyini dəyişməyəcək.