Baş redaktor: Özbəkistan universitetlərinin ikinci təhsil sərgisi çox maraqlı təşkil olunub
Özbəkistan universitetlərinin ikinci təhsil sərgisi çox maraqlı təşkil olunub. Burada bir çox Özbəkistan universitetlərinin iştirakını görmək mümkündür.
Bunu Crossmedia.az-a açıqlamasında Azərbaycanda keçirilən Özbəkistan universitetlərinin ikinci təhsil sərgisində iştirak edən "Cümhuriyyət" qəzetinin baş redaktoru Rəfail Becanov deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan və Özbəkistan xalqları arasında inteqrasiyanın güclənməsinə xidmət edir və gənclərin təhsilini hər iki ölkədə davam etdirməsi baxımından müsbət tendensiyadır: "Ümumilikdə təhsil sərgiləri çox önəmlidir. Bu tədbirlər gənclərin bilik səviyyəsinin artırılması, yeni tədris prosesləri ilə tanış olması və təcrübə qazanması baxımından böyük rol oynayır. Belə sərgilər təkcə dövlətlərarası münasibətlərin inkişafına deyil, həm də xalqlar arasında yaxınlaşmaya, gənclər arasında qarşılıqlı fikir mübadiləsinin formalaşmasına şərait yaradır".
R.Becanov əlavə edib ki, türk dövlətləri arasında bu tip sərgilərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır və hazırda Özbəkistan–Azərbaycan münasibətləri dinamik şəkildə inkişaf edir: “Əminəm ki, bu təhsil sərgisinin də həmin dinamik prosesdə özünəməxsus rolu olacaq".
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edirlər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçirilir.
Fidan Bəhmənli
14:53 31.01.2026
Oxunuş sayı: 685