KİV: Trampa İrana hücum üçün variantlar təqdim edilib
Pentaqon və Ağ Ev ABŞ Prezidenti Donald Trampa İrana qarşı mümkün hərbi əməliyyat variantlarını təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.
Məlumata görə, təqdim olunan ssenarilər arasında ABŞ-nin İran rejimi və SEPAH hədəflərinə qarşı genişmiqyaslı bombardman kampaniyasını nəzərdə tutan “böyük plan” da var. Bu plan İranın hərbi və strateji obyektlərinə kütləvi zərbələrin endirilməsini ehtiva edir.
Daha məhdud variantlar isə simvolik rejim hədəflərinə zərbələrin endirilməsini nəzərdə tutur. Mənbələr bildirir ki, bu ssenari İran Tramp administrasiyası üçün məqbul sayılan razılaşmaya razı olmadığı halda, gələcək eskalasiya üçün “açıq qapı” saxlamaq məqsədi daşıyır.
WSJ qeyd edir ki, İranın gücləndirilmiş təhlükəsizlik sistemi və mürəkkəb coğrafiyası səbəbindən Əli Xameneinin ələ keçirilməsi Nikolas Maduroya qarşı mümkün əməliyyatlarla müqayisədə xeyli çətin olardı.
Eyni zamanda vurğulanır ki, Tramp ABŞ-nin strateji məqsədlərini və hərbi planlarını gizli saxlamaq üçün qəsdən qeyri-müəyyən və açıq yozuma imkan verən dildən istifadə edir.
15:18 31.01.2026
Oxunuş sayı: 889