Xamenei Xomeyninin məzarını ziyarət etdi
İranın ali dini lideri Əli Xamenei Tehranda İslam inqilabının banisi Ruhulla Xomeyninin məzarını ziyarət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Xamenei İslam inqilabının ildönümü münasibətilə məzar kompleksində namaz qılıb. Ziyarət zamanı onu Xomeyninin nəvəsi, ali dini liderin mümkün varislərindən biri kimi adı hallanan Həsən Xomeyni müşayiət edib.
Qeyd olunur ki, bu ziyarət inqilabın ildönümü ərəfəsində rəsmi və simvolik xarakter daşıyır və İran siyasi-dini elitası daxilində diqqətlə izlənilir.
14:30 31.01.2026
Oxunuş sayı: 458