İsrailin Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, ABŞ İran əleyhinə hərbi əməliyyat həyata keçirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə o, "Kanal 13" telekanalına açıqlamasında danışıb.
Zamir qeyd edib ki, bölgədəki mövcud gərginlik və təhlükəsizlik riskləri fonunda Vaşinqtonun İrana qarşı hərbi addım atacağı ehtimalı yüksəkdir. Onun sözlərinə görə, İsrail bu ssenarini nəzərə alaraq bütün mümkün təhlükəsizlik çağırışlarına hazır vəziyyətdədir.
Açıqlama Yaxın Şərqdə artan gərginlik fonunda diqqət çəkən və regional təhlükəsizlik balansına birbaşa təsir edə biləcək mesaj kimi qiymətləndirilir.