ŞOK İDDİA: İlon Mask Epşteynin adasına getmək istəyib?
Cefri Epşteynə aid olduğu iddia edilən elektron yazışmalarda amerikalı milyarder İlon Maskın adı hallanır.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin "Daily Mail" nəşri yazıb.
Məlumata görə, 2013-cü ildə Epşteynə göndərilmiş bir e-poçtda Maskın Epşteynin məşhur adasına mümkün səfəri ilə maraqlandığı qeyd olunur.
Nəşrin iddiasına əsasən, 31 dekabr 2013-cü il tarixli məktubda belə bir ifadə yer alıb:
“Sadəcə xatırlatma: İlon Mask 2 yanvar tarixində sizin adaya gələ bilib-bilməyəcəyi ilə maraqlanırdı.”
Məsələ ilə bağlı İlon Mask və ya onun nümayəndələri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
09:03 31.01.2026
Oxunuş sayı: 389