Tramp administrasiyasından yeni deportasiya planı
ABŞ və Argentina ABŞ-nin digər ölkələrdən olan miqrantları Argentinaya deportasiya etməsinə imkan verəcək razılaşma üzrə irəli mərhələdə danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, mümkün razılaşma çərçivəsində Argentina ABŞ-yə qanunsuz daxil olduqdan sonra saxlanılan miqrantlar üçün “üçüncü ölkə” təyinatı rolunu oynayacaq.
Bu addım ABŞ prezidenti Donald Trampın genişləndirilmiş deportasiya strategiyasının bir hissəsi kimi nəzərdən keçirilir.
23:58 30.01.2026
Oxunuş sayı: 434