ABŞ hərbi donanması Ərəbistan dənizində gücləndirildi
ABŞ İrana Venesuelaya etdiyindən daha böyük hərbi qüvvələr yerləşdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp deyib.
O qeyd edib ki, ABŞ İranla diplomatik razılaşmaya ümid edir, lakin eyni zamanda digər ssenarilərə də hazırlıqlıdır.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb ki, Ərəbistan dənizində “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisindən F/A-18E Super Hornet qırıcı təyyarəsi havaya qalxıb.
Bu addım ABŞ-nin bölgədə hərbi mövcudluğunu gücləndirməsini göstərir və İranla potensial qarşıdurma riskinə qarşı xəbərdarlıq kimi qiymətləndirilir.
22:40 30.01.2026
Oxunuş sayı: 417