Putini tənqid etdi, mikrofonu söndürüldü
Rusiyada ildə bir dəfə Samara Vilayət Duması qeyri-parlament partiyalarının nümayəndələrinə çıxış üçün söz verir.
2025-ci ilin dekabrında bu imkandan “Rusiya Demokrat Partiyası”nın üzvü, Samara sakini, 69 yaşlı Qriqori Yeremeyev istifadə edib.
Crossmedia.az bu barədə Ukrayna KİV-nə istinadən məlumat verir.
O, çıxışı zamanı Ukraynadakı müharibəyə qarşı sərt mövqe sərgiləyib, müharibəni uğursuz adlandırıb və onun davam etdirilməsinin “insan həyatlarının əzilməsi” və resursların mənasız xərclənməsi demək olduğunu bildirib. Yeremeyev çıxışını başa çatdıra bilməyib — mikrofonu söndürülüb, bundan sonra deputatlar polisə müraciət ediblər.
Turqut Ansari
21:42 30.01.2026
Oxunuş sayı: 410