PYD lideri: Xalq ayıq-sayıq olmalıdır
PYD lideri Saleh Müslim açıqlamasında razılaşmanın bir başlanğıc olduğunu və xalqın ayıq-sayıq qalmasının vacibliyini vurğulayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, mövcud hərbi struktur qorunacaq. Kobanidə bir hərbi briqada, Cezirədə isə üç briqada fəaliyyət göstərəcək.
Yerli administrasiyalar və təhlükəsizlik qüvvələri tamamilə PYD-nin nəzarətində olacaq.
Müslim həmçinin bildirib ki, kürdlərin əldə etdiyi nailiyyətlər qorunacaq, təhsil, qurumlar və təşkilatlar olduğu kimi fəaliyyət göstərəcək, daxili təhlükəsizlik qüvvələri isə mövcud vəziyyətdə qalacaq.
Bəzi dövlət qurumlarından məhdud sayda personal müəyyən ərazilərdə mövcud ola bilər, amma administrasiya tamamilə PYD-nin nəzarətində olacaq.
21:02 30.01.2026
Oxunuş sayı: 562