Çöhrəqanlıdan şok etiraf: Pəhləvi məni satın almağa çalışdı, amma...
GAMOH-un sədri Mahmudəli Çöhrəqanlı sensasion açıqlama ilə çıxış edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Pəhləvi ailəsi tərəfindən onunla əlaqə saxlanılıb və siyasi razılaşma təklif olunub.
Çöhrəqanlının sözlərinə görə, ona Güney Azərbaycanın valisi olacağı vəd edilib.
Lakin bu təklif qəti şəkildə rədd edilib. GAMOH sədri vurğulayıb ki, Pəhləvinin atası dövründə on minlərlə türk məhv edilib və bu keçmişlə hər hansı əməkdaşlıq qəbuledilməzdir.
“Pəhləvi məni çağırdı. Məni satın almağa çalışdılar. Güney Azərbaycanın valisi olacağımı vəd etdilər. Onun atası 35 min türkü məhv etdi. Biz nə şahçıyıq, nə də şeyxçi. Biz türk millətçisiyik”, – deyə Çöhrəqanlı bildirib.
Onun sözlərinə görə, Güney Azərbaycanın gələcəyi yalnız xalqın iradəsinə və türk milli kimliyinə əsaslanmalıdır və istənilən xarici siyasi layihə bu prinsipə ziddir.

19:20 30.01.2026
Oxunuş sayı: 615