Qəzzaya giriş-çıxış bu tarixdə bərpa olunacaq
Rafah sərhəd-keçid məntəqəsi fevralın 1-də yenidən fəaliyyətə başlayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Qəzza zolağına giriş və çıxış yalnız Rafah keçidi vasitəsilə və Misirlə koordinasiya əsasında həyata keçiriləcək.
Bildirilib ki, keçiddən istifadə edəcək şəxslər əvvəlcədən İsrail tərəfindən təhlükəsizlik yoxlanışından keçməlidir.
Proses Avropa İttifaqının müvafiq missiyasının nəzarəti altında icra olunacaq.
19:00 30.01.2026
Oxunuş sayı: 728