Türkiyə İran və ABŞ arasında vasitəçi olmağa hazırdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ərdoğan söhbət zamanı Türkiyənin İran və ABŞ arasında problemlərin diplomatik yollarla həllinə töhfə vermək üçün vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu vurğulayıb.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, tərəflər Türkiyə və İran arasındakı ikitərəfli münasibətləri, eləcə də regionda artan hərbi gərginliyi müzakirə ediblər.
Türkiyə prezidenti, habelə, qeyd edib ki, İranın xarici işlər naziri Abbas Əraqçının Türkiyəyə səfəri çərçivəsində onu qəbul edəcək və tərəflər regional məsələləri müzakirə edəcəklər.
18:50 30.01.2026
Oxunuş sayı: 545