Türkiyə XİN rəhbəri Regional problemlərin həlli üçün diplomatiya əsas yoldur
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında regional və beynəlxalq məsələlərlə bağlı açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Fidan bildirib ki, İran və ABŞ arasında nüvə danışıqlarının yenidən başlanması bölgənin sabitliyi baxımından böyük əhəmiyyət daşıyır.
Bu proses İranın qlobal iqtisadi sistemə inteqrasiyasına da töhfə verə bilər.
Türkiyənin hərbi müdaxilələrə qarşı olduğunu vurğulayan nazir problemlərin yalnız diplomatik yollarla həllinin mümkün olduğunu qeyd edib.
Onun sözlərinə görə, Ankara danışıqların və diplomatiyanın davam etdirilməsini dəstəkləyir.
Fidan bildirib ki, İsrailin Amerikanı İrana qarşı hərbi addım atmağa təşviq etdiyi müşahidə olunur.
18:25 30.01.2026
Oxunuş sayı: 417