İran nüvə danışıqlarına hazırdır
İran xarici işlər naziri Abbas Əraqçı İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında Tehranın nüvə danışıqlarına yenidən başlamağa hazır olduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Əraqçı bildirib ki, İran heç vaxt nüvə silahı əldə etmək niyyətində olmayıb. Belə silahların ölkənin təhlükəsizlik siyasətində yeri yoxdur.
O, vurğulayıb ki, nüvə proqramının dinc xarakterini göstərmək və etimad yaratmaq məsələsində Tehran keçmişdə olduğu kimi, indi də açıqdır.
Nazirin sözlərinə görə, İran yalnız bərabər mövqedən, qarşılıqlı maraqlar və hörmətə əsaslanan ədalətli danışıqlar çərçivəsində nüvə dialoquna başlamağa hazırdır.
Əraqçı çıxışında qeyd edib ki, bu yanaşma İranın bölgədə sabitliyi qorumaq və qlobal iqtisadiyyata inteqrasiya olunmaq niyyətinin göstəricisidir.
18:15 30.01.2026
Oxunuş sayı: 457