Səfir: Azərbaycanla Özbəkistan arasında əlaqələr çox yüksək səviyyədədir
Azərbaycan ilə Özbəkistan arasında əlaqələr çox yüksək səviyyədədir.
Crossmedia.az xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxram Aşrafxanov yanvarın 31-də Bakıda keçiriləcək Özbəkistan universitetlərinin ikinci təhsil sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan ali məktəblərinin professor- müəlim heyəti ilə görüşdə deyib.
Azərbaycanla Özbəkistan arasında əlaqələrin geniş olduğuna diqqət çəkən səfir bundan məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edəcəklər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçiriləcək.
Elmir Heydərli
16:59 30.01.2026
Oxunuş sayı: 625