Zelenski sülh danışıqlarını uzadır — Azarovdan ittiham
Ukraynanın sabiq baş naziri Nikolay Azarov Volodimir Zelenskinin siyasətinin əsas məqsədinin sülh danışıqlarını mümkün qədər gecikdirmək olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Azarov bu barədə TASS agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, Ukrayna prezidentinin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfərdən imtina etməsi də bu strategiyanın tərkib hissəsidir.
Keçmiş baş nazir qeyd edib ki, rəsmi Kiyevin mövqeyi münaqişənin diplomatik yolla həllinə mane olur və danışıqlar prosesinin uzanmasına səbəb olur.
16:26 30.01.2026
Oxunuş sayı: 402