75 milyon dollar xərcləndi, amma… "Melaniya" filminə maraq yoxdur
ABŞ-nin birinci xanımı Melaniya Tramp haqqında çəkilmiş və büdcəsi 75 milyon dollar olan sənədli film nümayişə çıxarılsa da, bilet satışlarının zəif olması müzakirələrə səbəb olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sosial şəbəkə istifadəçiləri ABŞ və Avropadakı kinoteatrlarda boş zalların fotolarını paylaşır. London kinoteatrlarından birində premyera üçün cəmi bir biletin satıldığı bildirilir. Film Kennedi Mərkəzində keçirilən premyeradan sonra dünya üzrə nümayişə buraxılıb. Ekran işi Melaniya Trampın həyat yolunu və ərinin Ağ Evə qayıdışından təxminən 20 gün əvvəlki dövrü əks etdirən xronika kimi təqdim olunur.
Bununla belə, Deutsche Welle (DW) yazır ki, filmin kommersiya perspektivləri hazırda sual altındadır. Analitiklər açılış həftəsonu üçün kassa gəlirlərinin cəmi 1–5 milyon dollar aralığında olacağını proqnozlaşdırırlar. Tənqidçilər isə filmin reklam büdcəsinin sənədli film janrı üçün qeyri-adi dərəcədə yüksək olduğunu və əsas kino buraxılışlarının marketinq xərcləri ilə müqayisə oluna biləcəyini qeyd edirlər.
Bu fonda zəif bilet satışları layihənin kassada uğursuzluqla üzləşə biləcəyi ehtimallarını daha da gücləndirib.
16:13 30.01.2026
Oxunuş sayı: 404