Ukrayna Azərbaycana minnətdarlığını bildirdi
Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk Azərbaycana Ukraynaya göndərilən növbəti humanitar yardıma görə təşəkkür edib.
Crossmedia.az bu barədə Ukrayna KİV-nə istinadən məlumat verir.
Kondratyuk vurğulayıb ki, Azərbaycan genişmiqyaslı müharibənin başlanmasından bəri Ukraynaya ilk dəfə deyil humanitar dəstək göstərir. Onun sözlərinə görə, bərpa və yenidənqurma sahəsində göstərilən yardım da daxil olmaqla, ümumi yardımın həcmi artıq 45 milyon ABŞ dollarını ötüb.
O qeyd edib ki, bu yardım xüsusilə qış mövsümündə olduqca vacib və vaxtında göstərilən dəstəkdir və Ukraynanın enerji infrastrukturunun bərpasına mühüm töhfə verir.
“Azərbaycanın Ukraynaya göndərdiyi istilik! Bu qış mövsümündə çox vaxtında və son dərəcə vacib yardıma, eləcə də Ukrayna energetikasının bərpasına verdiyi töhfəyə görə Azərbaycana səmimi təşəkkürümüzü bildiririk”, – deyə Kondratyuk bildirib.
Turqut Ansari
15:36 30.01.2026
Oxunuş sayı: 552