Türkiyə martdan etibarən Özbəkistan vətəndaşlarına avtomatik iş icazəsi verəcək
Türkiyə 1 mart 2026-cı ildən etibarən ölkədə ən azı üç ildir yaşayan Özbəkistan vətəndaşlarına avtomatik iş icazəsi verməyə başlayacaq.
Crossmedia.az xəbər verir ki, qərar Özbəkistanın miqrasiya agentliyi tərəfindən açıqlanıb. Bildirilib ki, bu mexanizm ölkəyə gələn miqrantların əvvəlcədən işəgötürən tapmadan və iş vizası almadan işləməsinə imkan yaradacaq.
Məlumata görə, razılaşma Özbəkistanın əmək naziri Behzod Musayevlə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıqhan arasında aparılan danışıqlar zamanı əldə olunub. Həmçinin Türkiyənin məşğulluq xidməti İŞKUR tələb olunan ixtisaslar üzrə siyahı hazırlayacaq və hazırda tətbiq olunan, deportasiya edilmədən leqallaşdırma təcrübəsi davam etdiriləcək.
Tərəflər əlavə olaraq Ankarada həyata keçirilən layihələrdə çalışmaq üçün 2500 özbək tikinti işçisinin cəlb olunması barədə də razılığa gəliblər.
Türkan Kərimli
01:32 31.01.2026
Oxunuş sayı: 309