Rusiya fevralın 1-dək Ukraynaya zərbələrdən çəkinməyə razılaşıb
Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın danışıqlar üçün əlverişli şəraitin yaradılması ilə bağlı təşəbbüsünə cavab olaraq fevralın 1-dək Ukraynaya hərbi zərbələr endirməməyə razılaşıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu qərar Kremlin sözçüsü Dmitri Peskovun irəli sürdüyü şərtlər çərçivəsində qəbul olunub və mümkün danışıqlar üçün siyasi-diplomatik fonun yumşaldılmasına xidmət edir.
Razılaşma çərçivəsində Rusiyanın müəyyən müddət ərzində Ukrayna ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumlardan çəkinəcəyi bildirilir.
Qeyd olunur ki, atılan bu addım tərəflər arasında mümkün təmasların və danışıqlar prosesinin bərpası üçün ilkin mərhələ kimi qiymətləndirilir. Rəsmi Moskva hələlik məsələ ilə bağlı əlavə detalları açıqlamayıb.
14:22 30.01.2026
Oxunuş sayı: 448