İran XİN rəhbəri Türkiyəyə rəsmi səfərə yollanıb
İranın xarici işlər naziri Abbas Əraqçı rəsmi səfər məqsədilə İstanbula gedib. Hava limanında onu Türkiyə Xarici İşlər Nazirliyinin regional baş direktoru və digər rəsmi şəxslər qarşılayıblar.
Crossmedia.az xəbər verir ki, bir günlük səfər çərçivəsində Əraqçının Türkiyənin xarici işlər naziri ilə ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq proseslər barədə məsləhətləşmələr aparacağı bildirilir.
Məlumata görə, səfər zamanı İran XİN başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək və iki ölkənin qarşılıqlı maraq göstərdiyi məsələlər üzrə müzakirələr aparacaq.
Səfər Tehran və Ankara arasında diplomatik və iqtisadi əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
13:26 30.01.2026
Oxunuş sayı: 467