Özbəkistan universitetlərinin professor-müəllim heyəti ADNSU-da olublar
Özbəkistan Universitetlərinin professor-müəllim heyəti Azərbaycan Dövlət Neft Sənayə Universiteti ilə tanış olublar.
Crossmedia.az xəbər verir ki, qonaqlara universitetin tarixi həmçinin onun keçdiyi inkişaf yolu barədə məlumat verilib.
Onlar, həmçinin universitetin Minerologiya muzeyi ilə tanış olublar.
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edəcəklər.
Sərgidə 10-dan artıq universitet və 30-a yaxın nümayəndə iştirak edəcək.
Xatırladaq ki, sərgi INGLA International ETC , Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi, Özbəkistanın Ali Təhsil Nazirliyinin təşkilatçılığı, AMEA Mərkəzi Elmi Kitabxanası və CrossMedia-nın dəstəyi ilə həyata keçirilir.
Elmir Heydərli
12:10 30.01.2026
Oxunuş sayı: 554