Paşinyan “Vətəndaş Müqaviləsi”nin qərargahlarının yaradılmasını sürətləndirməyi tapşırdı
Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” Partiyasının qərargahlarının formalaşdırılması prosesinin sürətləndirilməsi ilə bağlı göstəriş verib. Erməni KİV-lərinin məlumatına görə, qərargahların 1 mart tarixinədək tam hazır vəziyyətə gətirilməsi planlaşdırılır.
Crossmedia.az-ın məlumatına əsasən, partiyanın ərazi strukturlarında yüksək fəallıq müşahidə olunur. Qərargahların yaradılması, icarəyə götürülməsi, kadrların seçimi və təşkilati işlər intensiv şəkildə davam etdirilir.
Qeyd olunur ki, Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan əsas diqqətini partiya qərargahının fəaliyyətinə yönəldib. Məlumata görə, nazir bu səbəbdən rəsmi vəzifə öhdəliklərini ikinci plana keçirərək, qərargahların qurulması və koordinasiya prosesində şəxsən iştirak edir.
Analitiklər bu addımları ölkədə mümkün siyasi proseslər və qarşıdan gələn seçkilərə hazırlıq kontekstində qiymətləndirirlər.
11:44 30.01.2026
Oxunuş sayı: 486