Hakan Fidan: İranda rejim dəyişikliyi yalnız xalqın iradəsi ilə mümkündür
Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana qarşı mümkün hərbi müdaxilə ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, ehtimal olunan ssenarilərdə İsrailin əsas hədəfi İran ordusunun bəzi kritik hərbi imkanlarını sıradan çıxarmaq ola bilər.
Crossmedia.az-ın verdiyi məlumata görə, jurnalistin “bu müdaxilənin məqsədi rejim dəyişikliyidir?” sualına cavab verən Fidan qeyd edib ki, belə bir niyyət mövcud ola bilər, lakin bunun real şəkildə həyata keçiriləcəyinə əmin deyil.
Nazirin sözlərinə görə, rejim dəyişikliyi xarici hərbi müdaxilə yolu ilə deyil, yalnız xalqın iradəsi əsasında baş verə bilər. O vurğulayıb ki, İran cəmiyyətində müharibə şəraitində, xüsusilə İsraildən gələn xarici hücumlar zamanı əhalinin adətən mövcud hakimiyyət ətrafında birləşməsi müşahidə olunur.
Hakan Fidan əlavə edib ki, bu amil mümkün hərbi və siyasi ssenarilərin qiymətləndirilməsi zamanı mütləq nəzərə alınmalıdır.
11:40 30.01.2026
Oxunuş sayı: 513