ABŞ-də fövqəladə vəziyyət elan olundu
ABŞ Prezidenti Donald Tramp ABŞ-də fövqəladə vəziyyətin elan edilməsi barədə sərəncam imzalayıb.
Crossmedia.az məlumat verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunan sənəddə deyilir.
Qərarın Kuba tərəfindən milli təhlükəsizliyə yaradılan təhdidlə əlaqədar qəbul edildiyi bildirilir.
Sərəncamda qeyd olunur:
“Mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Kubadakı vəziyyətin Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratması səbəbindən fövqəladə vəziyyət elan edirəm."
Sözügedən sənəddə vurğulanır ki, ABŞ Kubaya neft tədarük edən dövlətlərin mallarına gömrük rüsumları tətbiq edə bilər.
Turqut Ansari
10:06 30.01.2026
Oxunuş sayı: 481