Avropa Parlamenti: SEPAH-ı terror təşkilatı kimi tanımaq tarixi vəzifədir
Avropa Parlamentinin prezidenti Roberta Metsola bildirib ki, SEPAH-ın terror təşkilatı kimi tanınması Avropa üçün tarixi vəzifədir.
Metsola açıqlamasında Fransa xarici işlər nazirinin SEPAH-ın terrorçu qurum kimi tanınması ilə bağlı mövqeyinə dəstək verdiyini bildirib. O qeyd edib ki, belə bir qərar yalnız simvolik addım olmamalı, Avropanın real hərəkətə keçdiyini göstərməlidir.
Avropa Parlamenti rəhbəri çıxışında İranda etirazlar zamanı həyatını itirən insanları xatırladaraq, küçələrdə öldürülən minlərlə insan üçün ədalətin təmin olunmasının vacib olduğunu vurğulayıb. Metsola əlavə edib ki, zülm altında yaşayan milyonlarla iranlı Avropadan aydın mövqe və liderlik gözləyir.
14:39 29.01.2026
Oxunuş sayı: 437