Maaş artımı ilə bağlı ŞAD XƏBƏR
"Əmək Məcəlləsinə təklif olunan yeni dəyişikliklər artıq Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Bu o deməkdir ki, yaxın mərhələdə dəyişikliklər parlamentin plenar iclasında müzakirə olunacaq, qəbul ediləcəyi təqdirdə isə cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək".
Crossmedia.az Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, əsas dəyişikliklərdən biri minimum əməkhaqqı ilə bağlıdır:
"Son illərin təcrübəsi göstərir ki, sosial paketlər çərçivəsində minimum əməkhaqqının artırılması daim diqqət mərkəzində olub. İndiyədək icra olunan beş sosial paketdə minimum əməkhaqqının artırılması ilə bağlı qərarlar qəbul edilib. Lakin bu artımlar daha çox siyasi qərarlar və icra mexanizmləri əsasında həyata keçirilirdi.
Yeni dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, minimum əməkhaqqının artırılması artıq qanunvericilik tələbi kimi müəyyənləşdirilir. Yəni qanunda açıq şəkildə qeyd olunacaq ki, minimum əməkhaqqı ildə ən azı bir dəfə nəzərdən keçirilməli və artırılmalıdır. Bu dövrlülük qanunla təsbit edildiyi üçün artıq əlavə qərar və ya sənədlərə ehtiyac qalmayacaq.
14:13 24.01.2026
Oxunuş sayı: 434